Şans oyunları əyləncə məqsədi daşısa da, onlara normadan artıq vaxt və maliyyə ayırmaq asılılıq riskini artıra bilər. Asılılıq impulsiv davranış pozuntusu kimi qiymətləndirilir və elmi ədəbiyyatda "problemli qumar" anlayışı ilə ifadə olunur. Problemli qumar şəxsin həyat keyfiyyətinə ciddi şəkildə mənfi təsir göstərərək maliyyə durumunu, psixoloji vəziyyətini və ümumi sağlamlığını təhlükə altına sala bilər.
Məsuliyyətli Oyun anlayışı məhz bu risklərin qarşısını almaq və oyunçuları problemli qumar davranışlarından qorumaq üçün formalaşdırılmış prinsiplər və praktikalar toplusudur. Oyunçular özləri üçün vaxt və büdcə limitləri müəyyən etməli, zərurət yarandıqda fasilə verməli və ən əsası, şans oyunlarına qazanc mənbəyi kimi deyil, əyləncə vasitəsi kimi yanaşmalıdırlar. Sağlam yanaşmanın əsasında asudə vaxtı maraqlı və əyləncəli şəkildə keçirmək dayanır.
Onlayn mərc və kazino sektorunda fəaliyyət göstərən nüfuzlu platformalar oyunçuların rifahını qorumaq məqsədilə Məsuliyyətli Oyun prinsiplərini fəal şəkildə təşviq edir və bunun üçün xüsusi alətlər təqdim edirlər. Mostbet da lisenziyalı beynəlxalq operator olaraq sektorda qəbul olunmuş Məsuliyyətli Oyun standartlarını yüksək səviyyədə tətbiq etməyi hər zaman özünün prioritet vəzifələrindən biri kimi görür!