Məxfilik Siyasəti

Bu Siyasət Mostbet platformasının istifadəçilərə aid məlumatların toplanması, saxlanması və emalı ilə bağlı qaydalarını müəyyən edir. Siyasət Mostbet saytından, mobil versiyadan və tətbiqdən istifadə zamanı toplanan bütün məlumatlara şamil edilir. Platformanın xidmətlərindən istifadə etməklə siz bu siyasətdə qeyd olunan şərtlərlə razılaşmış sayılırsınız.

Hansı Məlumatlar Toplanılır

Mostbet istifadəçilərin platformadakı fəaliyyətləri zamanı aşağıdakı kateqoriyalarda məlumat toplaya bilər:

  • Doğum tarixi, ad və soyad, istifadəçi adı, yaşayış ünvanı, e-poçt ünvanı, telefon nömrəsi, cins kimi şəxsi məlumatlar qeydiyyat prosesində toplanıla bilər.
  • Sayt, e-poçt, telefon, messencerlər və sosial şəbəkələr üzərindən aparılan ünsiyyət, sorğu və müraciətlərin məzmunu.
  • Depozit və çıxarış əməliyyatları üzrə tranzaksiya ID-si, tarix, məbləğ, ödəniş üsulu və əməliyyat tarixi. Qeyd: Mostbet istifadəçilərin bank kartı məlumatlarını saxlamır.
  • Saytı ziyarət tarixi və vaxtı, sessiyanın müddəti, baxılan səhifələr, sayt üzərində edilən hərəkətlər, sistem qeydləri və digər analitik məlumatlar.
  • IP ünvanı, brauzer növü və versiyası, vaxt zonası və təxmini lokasiya məlumatları (dəqiq yox), əməliyyat sistemi, cihaz tipi və digər texniki göstəricilər.
  • İstifadəçinin bildiriş seçimləri, kampaniyalara münasibəti və ümumi kommunikasiya preferensiyaları.
  • Zəruri hallarda qanuni və etibarlı üçüncü tərəf mənbələrindən əldə edilə bilən məlumatlar.
  • Məlumatlar sistem modulları, analitika xidmətləri və kuki tipli texnologiyalar vasitəsilə toplanaraq qeydə alınır.

Məlumatlar Necə İstifadə Olunur

Toplanan məlumatlar Mostbet şirkəti tərəfindən aşağıdakı məqsədlərlə istifadə oluna bilər:

  • Qeydiyyat, giriş təhlükəsizliyi, hesabın bərpası və hesabın qorunması məqsədləri ilə.
  • Mərc və oyun xidmətlərinin işləməsi, əməliyyatların icrası, sorğuların cavablandırılması üçün.
  • Problemlərin həlli və müraciətlərinin cavablandırılması üçün.
  • Hüquqi sorğuların icrası və mübahisələrin araşdırılması üçün qanunun tələbindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi məqsədilə.
  • İstifadəçi təcrübəsinin yaxşılaşdırılması və xidmət keyfiyyətinin yüksəldilməsini təmin etmək üçün.
  • Şübhəli fəaliyyətin monitorinqi, qayda pozuntularının araşdırılması və ümumiyyətlə saytın təhlükəsizliyini qorumaq məqsədilə.

Mostbet anonimləşdirilmiş məlumatlardan, eləcə də trend analizi və məhsul təkmilləşdirməsi üçün istifadə edə bilər. Bu zaman istifadəçinin kimliyini göstərən şəxsi məlumatlar emal edilmir.

Məlumatların Paylaşılması və Açıqlanması

Mostbet aşağıdakı hallarda məlumatları üçüncü tərəflərlə paylaşa bilər:

  • Dələduzluq, çirkli pulların yuyulması və qanunsuz fəaliyyət şübhəsi olduqda müvafiq qurumlarla məlumat paylaşılması mümkündür.
  • İdman qurumları, AML üzrə ixtisaslaşmış strukturlar və digər səlahiyyətli instansiyaların qanuni tələbi əsasında.
  • Texniki xidmət, hostinq, təhlükəsizlik, analitika və sistemin işləməsini təmin edən üçüncü tərəflərlə, yalnız zəruri həcmdə və məxfilik öhdəliyi əsasında.

Başqa heç bir halda, eləcə də reklam və kommersiya məqsədilə istifadəçi məlumatları başqa şəxs və ya qurumlarla bölüşülmür.

İstifadəçinin Hüquqları

İstifadəçilərin şəxsi məlumatlarının təhlükəsizliyini təmin etmək məqsədilə Mostbet müasir təhlükəsizlik protokollarından istifadə edir, sistemləri mütəmadi olaraq monitorinq edir və məlumatların qorunması və emalı üzrə daxili nəzarət prosedurlarını ciddi şəkildə tətbiq edir. Eyni zamanda, istifadəçiyə özünə aid şəxsi məlumatlarla bağlı aşağıdakı hüquqlar verilir:

  • Öz şəxsi məlumatlarına çıxış əldə etmək və bu məlumatlar barədə məlumat tələb etmək.
  • Yanlış və ya natamam şəxsi məlumatların düzəldilməsini tələb etmək.
  • Qanunvericiliklə nəzərdə tutulmuş hallarda şəxsi məlumatların silinməsini tələb etmək.
  • Şəxsi məlumatların emalının məhdudlaşdırılmasını tələb etmək.

Şəxsi məlumatlar yalnız xidmətlərin göstərilməsi və hüquqi öhdəliklərin yerinə yetirilməsi üçün zəruri olan müddət ərzində saxlanılır. Saxlanma zərurəti aradan qalxdıqda və ya qanunvericiliyin tələbinə əsasən, məlumatlar təhlükəsiz şəkildə silinir və ya məhv edilir.